Beşqat dünya çempionu, dördqat Avropa çempionu, ehtiyyatda olan zabit Mustafa Əhmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək könüllü hərbi xidmətə yazılıb.
Bu barədə XALQ.AZ-a beşqat dünya çempionu Mustafa Əhmədov özü məlumat verib.
O, bildirib ki, Ermənistan və onun arxasında dayanan qüvvələr öz məkrli niyyətlərini davam etdirirlər: "Demək olar ki, diplomatik həll dalana dirənib. Azərbaycan xalqı öz problemini özü həll etməlidir. Son hadisələr də onu bir daha göstərdi ki, Azərbaycan insanı ən kritik anlarda birləşməyə və Vətəni müdafiə etməyə qadirdir.
Dünya çempionu Mustafa Əhmədov, Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini gözlədiyini deyib:
XALQ.AZ