"Cəmiyyətin
İnkişafında Vətəndaş Məhsuliyyəti” İctimai Birliyi Azərbaycan Respublikası
Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
dəstəyi ilə "Autizmli uşaqların psixopedaqoji reabilitasiyasına ictimai dəstək”
layihəsini icra edib.
Layihədə
autizm sindiromundan əziyyət çəkən bir qism uşaqların üç aylıq psixopedaqoji
reabilitasiya xərcləri qarşılanıb.Layihə " PRİM” autizm inkişaf mərkəzi ilə
birgə icra olunub.Bu zaman autizm uşaqlara düyübütünləmə,göz kantaktının
qurulması,gündəlik vərdişləri icra etmə bacarığı,özünəxidmət,ünsiyyət vərdişləri
üzrə yaradıcı və bərpaedici təlimlər keçirilib.
"Cəmiyyətin İnkişafında Vətəndaş Məhsuliyyəti” İctimai Birliyinin sədri Şəfəq Qədirli autizm sindiromunun mürəkkəb sindirom olduğunu nəzərə alaraq bu çətin fəaliyyətdə belə ailələrə dəstəyin önəmini vurğuladı.Autizm sindiromunun reabilitasiyası da valideyinlərdən xeyli vəsait tələb edir,bu baxımdan bu tipli layihələrin geniş tətbiqinə ehtiyyac olduğunu vurğuladı.