Daşkəsəndə dərəyə aşan avtomobilin sürücüsü ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, oktyabrın 13-də saat 1 radələrində Daşkəsən rayonunun Əhmədli kəndi ərazisində Dəstəfur kənd sakini Turan Məmmədov idarə etdiyi "QAZel” markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.