"Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 4 aylıq ”Postpandemiya dövründə region vətəndaşlarının maarifləndirilməsi, onlara bu mövzuda psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına yekun vurub.
COVID-19 pandemiyası dövründə mövcud vəziyyətlə əlaqədar
layihənin icrasını 5 regionda, hər birində gigiyenik qaydalara əməl etməklə, məsafəni
qorumaqla 10 nəfərlik tədbirlər şəklində həyata keçirilib. COVİD-19
pandemiyası dövründə gigyenik qaydalara əməl olunması barəsində məlumat verilib.
Layihədə həyata keçirilmiş fəaliyyətlər, tədbirlər nəticəsində yeniyetmə və gənclər,
vətəndaş cəmiyyəti, seçilmiş regionların əhalisi COVİD-19 virusunun qurbanına
çevrilməmə və bu problemin yaratdığı psixoloji sarsıntı, daha sonrakı ortaya
çıxaracaq fəasadlar məlumatlandırılmış olublar.
Qeyd edək ki, təşkilatın həyata keçirdiyi 4 aylıq
bu layihə çərçivəsində 5 regiondan - Quba,
Qusar, Xaçmaz, İsmayıllı, Şirvan- olan 25 aztəminatlı ailəyə ərzaq yardım
kuponları göndərilib.