Dünyanın ləkələri

Elim-camaatım uzun illər sülh sorağında erməni - düşmən zülmlərinə dözdü, dözdü, amma bir gün üzü nurlu, əsgərlərə nümunə olan qəhrəman generalımız şəhid olduqda daha səbri qalmadı. "Yetər”, -dedi,- "Şəhid verdik!”. Yetər yalançı qərarlarla aldadıla-aldadıla sülhü 30 il gözlədik!

O gündən (27.09.2020) Azərbaycanda Vətən müharibəsi başlandı. Müharibənin ağır günlərindən birində mən də Hərbi Hospitalda – xəstələrə baş çəkməyə getdim.

Epidemiyaya görə yaralıların yanına buraxmadılar. Bir ana həyəcanla həkimdən soruşdu:

-Həkim, Amilin halı necədir?

-Soyadı nədir?

-Məmmədov Amil!

-Kimi olursuz Amilin?

-Anası!

-Mümkündürsə, atası gəlsin!

-Atası gələ bilmir, Qarabağ döyüşündə şikəst olub!

-Çox təəssüf! Ana, qulaq as, yalan deyə bilmərəm ki, oğlun yaxşıdı. Pisdi Amilin vəziyyəti. Hər iki gözünə qəlpə dəyib, bilinmir, heç olmasa bir gözü görəcək, ya görməyəcək!?.

Pis oldum. Ürəyimdə tanımadığım Amilə görə dua edib, heç olmasa, bircə gözünün görməsini arzu elədim.

Qınadım pisləri... Qınadım müharibə edənləri, müharibə alovlandıranları. Ortaya müharibə salanları lənətlədim.

Axı nə imiş Amilin günahı ki, 21 yaşında dünya işığına həsrət qalsın. Acıdım cavana.

Qınamayın məni, beynimə qəribə bir sual gəldi: "Görəsən eşitsəm, bir düşmən balası kor olub, onadamı acıyaram?”.

Öz sualıma cavab tapa bilmədim. Ürəyimdə müharibə başlayanları da lənətlədim, erməni analarını da. Elə qələmi əlimə alanda da məqsıdim erməni anasına demək istədiyim olub.      

Eşit, erməni anası! Oğul böyütdün, ona ana südü əvəzinə kin-küdurət, xainlik, paxıllıq və qəddarlıq içirtdin.

Böyüdə-böyüdə ona həyatın gözəllikləri yerinə, yalnız çirkablarını göstərdin. Oğul yox, türkə nifrət, türkə düşmən böyütdün. Nəticəsi nə oldu? Qan su yerinə axdı. Yerdən qalxan alovlardan sənin də balan yandı, mənim də! Qəlpələr sənin də balanı kor qoydu, mənim  də. Torpaq istədin. Ermənistanın geniş, gözəl, çəmənlikləri boş qala-qala, gözünü mənim torpağıma dikdin. Nəticədə sənin də balan, mənim də balam dünyanın gözəlliklərinə həsrət qaldı.

Biri-birinin ardınca torpaqlarımı işğal edib alanda sevindin, eləmi? Yəqin kinlə dolu olan ağlına da gəlmədi ki, bir gün həmin torpağa sənin də, mənim də cavanımın qanı tökülə bilər...

Sən – Erməni əsgərinin anası! Qarabağın gözəl yerlərinin iştəhasında olan qatil ana! OĞULLARIMIZIN QATİLİ! Sən axıtdın bu qədər cavanın qanını! Vaxtında balanı "türk sənin düşmənindir”, deyə tərbiyə etməsəydin, onun ürəyinə kin-küdurət yığılmazdı. Dünyaya sevinclə baxardı. Vaxtında balanın ədalətsiz müharibəyə qoşulmasına etiraz etsəydin, qarşısını kəsib, işğalçılığa göndərməsəydin, bu gün balalarımız düşməni ilə deyil, dostları ilə, sevdikləri ilə üzbəüz qalardı. İndi cavanlarımız kor olub, dünyanı qaranlıq görməzdi.

Sən Xocalı faciəsində meydana çıxıb vəhşiliklərə etiraz bildirsəydin, bu gün sənin, mənim cavanım şikəst arabalarında gəzməsdi.

Sən murdar südünlə körpə yaşından balanı zəhərləyib, "Türklər bizim düşmənimizdir”, deyib onları nifrət içərisində böyütməsəydin, indi nə mənim cavanım VƏTƏN uğrunda ŞƏHİD olardı, nə sənin cavanın işğalçı kimi yad torpaqda murdar olardı!

Tarix təkrar olur! Yenə tarix təkrar oldu. Yenə erməni illərlə murdarlıq etdi, türk dözdü, dözdü, axırda cana doyub, düşmənini yerlə-yeksan elədi.

Eşit, Erməni anası!

AZƏRBAYCAN XALQI erməninin çirkin əməllərindən o qədər cana doyub ki, hamı – qoca da, cavan da, cəbhəyə getməyə hazırdır. Təki, düşmənin murdar ayaqları, bizim gözəl Vətənimizdən çəkilsin! Ermənilərin arasında öz ölkəsinə ləkə olan, araqızışdıran, riyakar, yalançı, vəhşi ermənilər insanlığa – bütün kainata böyük bir ləkədir! Dünyadan belə ləkələri təmizləmək lazımdır.

Bu gün Humanitar atəşkəs elan olunub ki, meyitlər döyüş meydanından yığışdırılsın.

Gedək, erməni anası, gedək Qarabağa, meyitlərimizi axtarıb-tapaq, "Vay” səsimiz dünyaya yayılsın. Gedək qatil anası, gedək!

Gülzar İbrahimova

Yazıçı-publist