Düşmənin tank taborunun komandiri məhv edilib, bir neçə tankı partladılıb

Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sabahinfo.az-a məlumat verilib.

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.