“Əcnəbi jurnalistlərin mütəmadi olaraq işğaldan azad edilən rayonlara səfərləri təşkil olunmalıdır”

Nəsib Məhəməliyev: "Onlar erməni vandalarının dağıtdıqları tarixi-mədəni-dini abidələri, qəbiristanlıqları, talan olunmuş təbiəti öz gözləri ilə görməlidirlər”

Bu gün əcnəbi jurnalistlərin Füzuli rayonuna səfəri təşkil edilib. Məqsəd ermənilərin törətdiyi vəhşiliklərin media nümayədələri tərəfindən bilavasitə müşahidə edilməsini təmin etmək olub.

Erməni vandalizminin ifşası baxımından əcnəbi jurnalistlərin mütəmadi şəkildə işğaldan azad edilən digər rayon və kəndlərimizə səfərlərinin təşkil edilməsi nə dərəcədə faydalı ola bilər? Hərbi müstəvidə məğlub olan düşmənə qarşı informasiya müstəvisində mübarizə bundan sonra da davam etdirilməlidirmi?

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, Ermənistana qarşı informasiya mübarizəsini davam etdriməyin zəruriliyinə diqqət çəkdi:

"Müharibə aparan ölkə üçün informasiya siyasətinin düzgün aparılması son dərəcə əhəmiyyətli faktordurdur. Ən azından son 100 il ərzində azərbaycanlılara, türklərə qarşı ərazi, soyqırımı iddiaları ilə çıxış edən, bütöv nəsilləri düşmənçilik, nifrət hissləri ilə yetişdirən və fasiləsiz bütün dünyada əleyhimizə təblğat aparan sağalmaz ,,erməni,, xəstəliyinə tutulmuş millətə qarşı.

Kapitulyasiya haqqında bəyannamə imzalanandan sonra Ermənistanın daxili ictimai-siyasi həyatında və diaspora təşkilatlarında baş verən hadisələrə diqqət etsək, görərik ki, onlar baş vermiş hadisələrdən düzgün nəticə çıxarmaq əvəzinə müharibə ritorikasını davam etdirəcəklərini bildirirlər. İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılmış ermənilər tərəfindən meşələrin, evlərin yandırılması, mədəni-tarixi abidələrə vurulmuş ziyan, bəzi silahlı dəstələrin əmrə tabe olmayaraq, silahlı mübarizəni davam etdirəcəkləri barədə bəyanatları isə, düşmənçilik niyyətlərini davam etdirəcəklərindən xəbər verir.

Hesab edirəm ki, əcnəbi jurnalistlərin mütəmadi olaraq, işğal altında olan hər bir şəhərə, rayona, qəsəbəyə, kəndə səfərləri təşkil olunmalıdır. Erməni vandalarının dağıtdıqları tarixi-mədəni-dini abidələri, qəbiristanlıqları, yerlə-yeksan olunmuş inzibati binaları, yaşayış evlərini, vəhşicəsinə talan olunmuş təbiəti öz gözləri ilə görməlidirlər. Ölkə Başçısı İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı ermənilərin törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklərini bildirdi. Prokurorluq hər fakt üzrə cinayət işinin qaldırılmasını təmin edəcəkdir. Obyektiv ictimai rəyin formalaşdırılmasında isə, kütləvi informasiya vasitələrinin rolu danılmazdır.

Cəbhədə döyüşlərin getdiyi vaxt ermənistan ərazisindən ballistik raketlərlə Gəncə, Bərdə, Tərtər və digər şəhərləri atəşəşə tutulmuşdu. Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə həmin bölgələrə diplomatik korpusun, jurnalistlərin səfərləri təşkil olundu. Dünya birliyi erməni cinayətləri ilə bağlı ətraflı məlumatlandıldı və informasiya sahəsində mühüm irəliləyişə nail olundu. Bundan sonra informasiya mübarizəsinin davam etdirilməsi, birbaşa Erməni tərəfdən asıldır.

Erməni xalqı yaranmış vəziyyətdən düzgün nəticə çıxarmalı, saxta tarixi illyüzalardan, diasporanın apardığı düşmənçilik siyasətindən imtina etməli, qonşu dövlətlərin ərazilərinə, maddi-mədəni sərvətlərinə əsassız iddia etməməlidir. Belə olan təqdirdə, Azərbaycan tərəfdən bütün xeyirxah məramlar adekvat cavablandırılacaqdır”.