Elçin Quliyev: "Bizim qürurumuz dövlətimizin, torpağımızın tamlığıdır" - MÜSAHİBƏ

Siyasətçi Elçin Quliyev Şanlı Vətən Müharibəsində qazanılan Qələbə ilə bağlı müsahibə verib. Müsahibimiz Qələbə sevinci ilə yanaşı Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu hərbi siyasətdən danışıb.

- Azərbaycanımız çətin sınaqdan üzüağ, Qələbə ilə çıxdı. Artıq işğal altında olan torpaqlarımız yoxdur. Cənab Prezidentin rəhbərliyi altında daddığımız Qələbə sevincini necə yaşayırsınız?

- Bir insanın qürurunun özünə qayıtmasından gözəl nə ola bilər? Bu, sözlə ifadə edilməsi mümkün olmayan hisslərdir. Hər bir azərbaycanlı bu şanlı tarixin sevincini yaşayır. Bizim qürurumuz dövlətimizin, torpağımızın tamlığıdır. Çox xoşbəxtəm ki, 30 illik fasilədən sonra işğal altında olan bütün torpaqlarımızda Ali Baş Komandanımızın qətiyyətli mübarizəsi ilə üçrəngli bayrağımız dalğalanır. Bu qələbəni bizə xalqımızın böyük oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin illərdən bəri bu günə hesablanmış müdrik və uzaqgörən siyasəti və rəşadətli Azərbaycan Ordusu, onun qəhrəman əsgər və zabitləri, bu gün müqəddəs ruhları qarşısında baş əydiyimiz, vətən torpağı üçün canlarını qurban vermiş şəhidlərimiz yaşatdılar.

- Müharibə çətin prosesdir. Burada ön və arxa cəbhə, eləcə də digər sahələrin vəhdədi vacibdir. Sizcə Qələbə qazanmağımızda hansı amillər əsas rol oynadı?

- Cənubi Qafqaz regionundaQarabağ müharibəsinin başlanması və bu gedişatın ardınca Azərbaycan əsgərlərininerməni təcavüzkarlarına qələbəsi ilə qurtarması barədə bir neçə mühüm məqamlara toxunmaq istəyirəm. Müharibənin belə sona çatması demək olar ki, Ermənistan qüvvələrinin bütün hesablamalarını alt-üst etdi. Belə ki, 44 gün davam edən müharibəişğal altında olan ərazilərin azad edilməsi ilə nəticələndi. Bütün dünya mətbuatı Azərbaycan xalqının qələbəsindən və Azərbaycan Ordsununrəşadətindən yazdı. 30 ildən sonra bir daha ərazi bütövlüyünü təmini və işğal prosesinə son qoymaqAzərbaycan dövlət və millətinin sevincinə səbəb oldu.

Qətiyyətlə qeyd etməliyəm ki, 2-ci Qarabağ müharibəsində əsas qələbə amili Azərbaycan xalqının şücaətli və qeyrətli gənclərinin könüllü cəbhələrə yollanmasıdır. Bu gnclər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü ugurlu siyasətdən ilham alaraq, böyük həvəslə təcavüzkar erməni qoşunlarını məhv edib onlara tarixi dərs verdilər.

Bütün bu amillərin başında Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli atdımları, beynəlxalq hüquqa söykənən qəraraları və rəşadaətli ordumuzun Ali Baş Komandanın veridyi əmrləri ugurla həyata keçirməsi oldu.

Xalqımızın birliyi də bu amillərin əsas hissələrinin birinə çevrildi.

- Erməni terrorçuları münaqişə zamanı dinc əhali, günahsız körpələr və bir yaşayış məskənlərini atəşə tuturdu.Bununla bağlı cinayət işi də başlanılıb. Maraqlıdır hazırkı məqamdan sonra biz hansı addımlar atmalıyıq ki, düşmən bizdən savayı beynəlxalq təşkilatlardan da öz layiqli cavabını alsın?

- Bildiyiniz kimi hərbi əməliyyatlara Ermənistan başlayıb Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı.

Bu günə qədər dinc əhali arasında həlak olanlar oldu və çoxlu yaralı var. Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə minlərlə ev tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edirdi.

Döyüş meydanında itkilərə gəldikdə erməni tərəfin itkiləri Azərbaycanın itkilərindən xeyli çoxdur. Azərbaycan hərbi qulluqçular arasındakı itkiləri münaqişənin qaynar fazası başa çatandan sonra elan edəcək. Hərbi əməliyyatlar uğurla davam edirldi. Döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir.

Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur.

Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Buraya başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur.

Bütün bu sadaladığım uğurları görən düşmən rəşadətli ordumuz qarşısında aciz qaldığını görüb dinc əhaliyə atəş açıb. Ordumuzda adekvat cavab olaraq onların cavabını layiqincə verib.

- "Azərbaycan dünyaya günəş kimi doğacaq” deyən ümumilli liderin sözləri artıq reallaşır. Siz bu günəşin yer üzündə qazandığı nəaliyyətləri necə dəyərləndirirsiniz?

Tarixi təcrübə göstərir ki, dövlətlərin və xalqların taleyində lider şəxsiyyətlərin böyük rolu var. İstər bugünkü müasir Amerika, istər inkişaf etmiş Avropanın tarixində bu cür nümunələr kifayət qədərdir və şəxsiyyətlərin dövlətlərin formalaşmasında və inkişafında, o cümlədən xalqların özünütəsdiqindəki xidmətləri daim politologiyanın müzakirə mövzusu olaraq qalır. Bu gün lider olaraq xatırlanan tarixi şəxsiyyətlər hər bir ölkədə onilliklər, yüzilliklər ötsə belə, ehtiramla xatırlanır, onların irsinə hər zaman müraciət olunur.

Bu gün ulu öndərin milli dövlətçilik ideologiyasını doğma Azərbaycanın uğur faktoruna çevirmiş Prezident İlham Əliyev ümummilli liderin yolunu inamla davam etdirir. Məhz İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti sayəsində ölkəmizin müstəqil dövlət kimi beynəlxalq arenada mövqeləri daha da möhkəmlənmiş, regionda liderliyi təmin edilmişdir.


Əgər müstəqillik tariximizin Heydər Əliyev dövrü müasir dövlətimizin yaradılması, qorunması, iqtisadi, siyasi və sosial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövrü idisə, İlham Əliyevin rəhbərliyi dövrü həmin kursun daha da genişlənməsi, sürətlənməsi və innovasiyalı inkişaf mərhələsinə qədəm qoyması dövrü kimi xarakterizə edilir.

Xalqımızın qürurverici uğurlara imza atması, ölkəmizin kosmik kluba üzv olması, Bakının beynəlxalq əməkdaşlıq paytaxtına çevrilməsi dövlət başçısı tərəfindən ölkə qarşısındakı strateji hədəflərin və prioritetlərin düzgün müəyyənləşdirilməsinin və dünya dövlətlərinin Azərbaycana günbəgün artan inamının ifadəsidir. Reallaşdırılan siyasət nəticəsində bu gün "Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır və öz maraqlarını tam şəkildə qoruyur”.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.


Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir.

Ədil Ədilzadə