Noyabr ayının 25-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nəzarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçirilib.
Oxu.Az-ın məlumatına görə, müşavirədə DSX-nin rəisi, general-polkovnikElçin Quliyev bildirib ki, dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qaydalarının və vətəndaşların hüquqlarının pozulması, onlara qarşı kobudluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol verdikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindənkənarlaşdırılması qeyd edilib.
Müşavirənin sonunda normativ-hüquqi aktların və rəhbər sənədlərin tələblərinə riayət olunması, dövlət sərhədindən buraxılış məntəqələrində xidmətə nəzarətin daha da gücləndirilməsi istiqamətində əlavə tapşırıqlar verilib.