Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verildi

Prezident İlham Əliyev Ə.N.Nağıyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb

Sabahinfo.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.