Emin Hacıyevdən sumqayıtlılara təbrik

Milli Məclisin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru, AMOR-un İdarə Heyətinin üzvü
Emin Hacıyev
  Sumqayıtın 71 illiyi münasibətilə seçicilərini - Sumqayıtlıları təbrik etdi:
Bu gün Sumqayıtın şəhər statusu almasının 71 ili tamam olur. Bu il bu əlamətdar tarixi Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, yaşadığımız Qələbə əhval-ruhiyyəsi ilə qeyd etmək bizi daha da qürurlandırır. Sumqayıt şəhəri Azərbaycanımızın digər şəhər və rayonları kimi ərazi bütövlüyümüzün təmin olunması uğrunda gedən Vətən Müharibəsində mübarizlik göstərib, neçə-neçə sumqayıtlı gənc doğma torpaqlarımızı düşməndən geri almaq üçün qəhrəmanlıqla döyüşüblər. Vətən uğrunda həlak olan şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə sağalmalarını arzulayıram.
Doğma şəhərimiz olan Sumqayıt ötən 71 ildə zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın böyük sənaye mərkəzlərindən birinə çevrilib. Cənab Prezidentin xüsusi diqqət və qayğısı sayəsində getdikcə gözəlləşən, abadlaşan doğma Sumqayıt şəhəri Azərbaycanın müasir nailiyyətlərini özündə əks etdirir.
Əziz sumqayıtlılar, sizi Sumqayıtın 71 illiyi münasibətilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram.