1954-cü ilin 1 noyabr tarixində, 132 illik müstəmləkəçilikdən
sonra azadlığa qovuşan və müstəqilliyini bərpa edən Əlcəzair, hər il bu tarixdə
şərəfli inqilabı anmaq üçün öz milli bayramını qeyd edir.
2020-ci ildə Əlcəzair üçün möhtəşəm bir hadisə olan
azadlıq mübarizəmizin 66-cı ildönümü qeyd olunur. Doğrudur, hazırki sanitar vəziyyət bizə tədbiri
ən yüksək səviyyədə qeyd etməyə imkan verməsə də, lakin bu, Əlcəzair xalqına ata-baba yurdumuzun işğalı və
istilasına son qoymaq üçün həyata keçirdiyi azadlıq mübarizəsinin xatirəsini
sevinc və qürurla yad etməsi üçün mane olmayacaqdır.
Bu anma, xalqımız tərəfindən
böyük fədakarlıqlar, qan və göz yaşları bahasına şərəfli və cəsarətlə aparılan
silahlı mübarizə dastanlarını xatırlamaq üçün bir fürsətdir. Bu anım günü, bizə şəhidlərimizin və cəsarətli
mücahidlərimizin, dünyadan gedənlərin xatirəsinə, həm də Allahın iznilə həyatda
qalanlara bir anlıq vətənpərvərlik və minnətdarlığımızı bildirmək üçün imkan
verir.
Həqiqətən, bir əsrdən
artıq bir müddət ərzində müstəmləkəçi doktrinası, ardıcıl inqilabları ilə cəsarət
və qəhrəmanlıqla işğala tam və səmimi şəkildə qarşı çıxan Əlcəzair uşaqlarının,
qadın və kişilərinin döyüşkənliyi və müqavimətilə üz-üzə qaldı və bu, uzun bir
müstəmləkə gecəsindən sonra Əlcəzayir xalqının dirçəlməsinə gətirib çıxardı.
Sarsılmaz bir
inanca sahib olan xalqımız, müqəddəs torpaqlarında varlığının davamlı olmasına
güvənən müstəmləkəçiliyə qarşı şiddətli bir mübarizə apardı. Beləliklə, 1 Noyabr Əlcəzairlilərin qəlbində
və şüurunda əbədi həkk olunmuş bir tarixdir. Əlcəzayir xalqının etdiyi bütün fədakarlıqlar
Şanlı İnqilabımızı xalqların azadlıq və ləyaqət uğrunda apardıqları
inqilabların ön planına qaldırdı.
Bu unudulmaz
ildönümünün qeyd olunması əslində bir-birinin ardınca gələn nəsillər vasitəsilə
yaddaşlarda möhürlənməsi üçün son dərəcə əhəmiyyətli bir dayanacaqdır. 1 Noyabr referentinə bağlı olan və bu gün
xatirəsinə hörmət və ehtiramla təzim etdiyimiz ağsaqqallarının fədakarlığından
xəbərdar olan nəsillərin.
Öz fədakarlıqlarından
ilhamlanan Əlcəzair gəncləri yenidən məşəli götürmək, dünənki kimi, xalqın
iradəsi ilə, yeni qurumlar dövlətinin yaranacağı və qanunun aliliyinin hökm sürəcəyi
yeni bir Əlcəzayir qurmaq uğrunda can atırlar və bu gənclik yenidən doğuş və
qlobal sıçrayış yolunda ümidlə atılan sıçrayışı idarə etmək üçün məsuliyyəti öz
üzərinə götürəcək.
2020-ci il 1 Noyabr
tarixi ona görə seçildi ki, xalq bir daha ölkəsinin tarixini, prinsiplərini və
hədəflərini Əlcəzairin minillik tarixindən, 1 Noyabr Bəyannaməsindən, qanuni və
açıq şəkildə ifadə olunan xalq tələblərindən götürən qurumların gələcək fəaliyyətini
əks etdirən Konstitusiyaya yenidən baxılması mətnində öz seçimlərini ifadə edərək
qeyd etsin.
1 Noyabr 2020-ci il
xalq referendumu ilə təqdim ediləcək layihə, digər vacib yeni müddəalara əlavə
olaraq, fərdi və kollektiv azadlıqların möhkəmlənməsini və dövlət quruluşunun vətəndaşın
müstəsna xidmətində və ümumi mənafelərində ahəngdar, demokratik və şəffaf fəaliyyətini təmin
etmək üçün Əlcəzair qurumlarının təşkilində bir sıra dərin dəyişiklikləri
ehtiva edir.
Əlcəzairin Bakıdakı
Səfirliyi, 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində Bakıda yaşayan Əlcəzair
icmasının səs hüquqlarından istifadə etməsinə imkan yaradmaq üçün seçki məntəqəsini
açır.
Yaşasın müstəqil və
suveren Əlcəzayir və dəyərli Şəhidlərimizin ruhları şad olsun.