Erməni polkovnik Qarabağda məhv edildi

Erməni polkovnik, "milli qəhrəman” Sergey Şakaryan Dağlıq Qarabağdakı döyüşlərdə məhv edilib.

Azvision.azerməni KİV-ə istinadla xəbər verir ki, Şakaryan birinci Qarabağ müharibəsinin də iştirakçısı olub.

"Sergey Şakaryanın atası birinci Qarabağ müharibəsi zamanı öldü. O zaman 16 yaşlı Sergey Şakaryan döyüş meydanında idi. Məktəbdən çıxıb, döyüşə getmişdir", ermənistan mətbuatı yazıb.