Qarabağ müharibəsi çox sirrləri
açdı. Bütün dünyaya məlum oldu ki, tarix boyu erməni soyqırımı olmayıb. Bu
ermənilərin uydurub, dünyaya yaydığı yalandır. Ermənistan öz dövlətini,
hakimiyyətini yalanlar üzərində qurduğuna görə həmişə xalqını məhvə aparıb. Heç
bir xalqı hər yüz ildən bir qırmayıblar. Erməni xalqı isə elə mövqe ilə yaşayr
ki, hər əsrdə qonşu ölkə ilə müharibə edir. İllərlə murdar hərəkətləri ilə
qonşusunu bezdirir, torpaqlarını tutur, nəticədə xalqını kütləvi şəkildə
qırdırır.
Sonra
müharibənin adını "soyqırım” qoyaraq, dünyaya car çəkib özünü məsum, yazıq
göstərib dünya xalqlarından kömək istəyir. Erməni kimə desə ki, biz məzlum
xalqıq, amma bizi qırırlar, onlara deyin: "Az murdarlıq edin, qırmasınlar!
Başqasının torpağında nə işiniz var...”. Bir də sual verin:
"Ermənilər, sakit dayandığınız yerdə sizi qırırlar? Siz heç kəsin
torpağını işğal etmirsiz? Həmin torpaqlarda heç kimi öldürməmisiz?
Tutduğunuz əsirlərə işgəncə verməmisiz? Yatmış yerdə uşaqların üstünə raket
atmırsız? Bunları etmirsiz, amma sizi qırırlar?”.
Ermənini
daima ifşa etmək, yalanlarını üzə çıxartmaq lazımdır. Yoxsa, get-gedə pis
əməlləri dünyaya yayılar. Necə ki, indi insanları milli zəmində davaya
səsləyirlər. Ailəm, məktəbim məni elə formalaşdırıb ki, heç bir xalqa
nifrətim olmayıb. Amma Xocalı, Gəncə, Bərdə, Tərtər hadisələri – ermənilərin
dinc əhaliyə, uşaqlara etdilikləri soyqırımlardan, vəhşiliklərdən sonra
dəyişdim. Təəssüf ki, erməni xalqının "yaxşıları” - (varsa əgər) bu
faciələrin heç birinə etiraz edib demədi: "İnsanlar, durun, siz nə
edirsiz? Körpəyə də əl qaldırmaq olar?”. Təəssüf, demədi.
Haqq
müharibəsində Ermənistanı təpədən-dırnağa qədər silahlandıranlar aşkar
oldu. Yalandan sülhdən danışan Avropa ölkələri Ermənistanın insanlıqdan
uzaq əməllərini, uşaqların yatmış yerdə üstlərinə raket silahları atdığını
görüb susdu.
Qarabağ
müharibəsi zamanı özünü həmişə sülh tərəfdarı, insan hüquqlarının müdafiəçisi
kimi qələmə verən Fransa rəhbərinin riyakar üzü açıldı. Açıq-aşkar ermənilərin
terror əməllərini dəstəkləyərək, "Həmişə sizinləyik!”, deyən Makron
(bizimilər ona yaxşı ad qoyub – başıboş Makaron) nəinki Azərbaycanda bütün
dünyada terrorist kimi tanındı. O, Məhəmməd Peyğəmbərin karikaturasını çəkəni
müdafiə edərək, bununla da, bütün islam dünyasını hiddətləndirib, ayağa
qaldırdı.
Pandameyanın
yayıldığı bir zamanda siyasətdən uzaq, savadsız ölkə başçısı Makronun milli
məsələ zəminində yanlış siyasəti, islam dünyasını qaldırması, Dünya
müharibəsinin başlanğıcı ola bilər.
Allah
pislərin əməllərini yaxşılara bağışlasın. Qarabağ müharibəsindən erməninin
bütün yalanları ifşa edildi. Dünyanın heç bir ölkəsində din xadimi müharibəyə
gedib əlinə silah alıb qan tökmür, adam öldürmür. Amma erməni ordusunun əsir
düşmüş din xadimi (Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru
Hovsep Araratoviç) vuruşduğunu özü etiraf etdi. O, bununla erməni dininin,
kilsəsinin, ibadətinin yalan olduğunu sübut elədi. Amma əqidə sahibi olan bir
din ibadətçisi qolunu dibindən kəsilməsinə razı olar, bununla belə, cəbhəyə getməz,
insan öldürməz.
Qarabağ
müharibəsində Azərbaycanın dostu da, düşməni də tanındı.
Keçən ay
şəhidlərinin ardı-arasının kəsilmədiyini görən Azərbaycan ordusu torpaqlarını
erməni işğalçılarından təmizləmək üçün müharibəyə başladı.
Məqsəd
işğalçını torpaqlarımızdan qovmaq, uzun illər davam edən qan tökülməsinin
qarşısını almaqdı. Beləliklə, sentyabran 27-sində 2-ci Qarabağ Müharibəsi
başladı. Düşmən 20 faiz torpaqlarımızı işğal etsə də, bunula razı olub sakit
durmurdu. Onlar 1988-ci ildən bu günə qədər saysız hesabsız insanlarımızı şəhid
ediblər. Elə həftəmiz olmayıb ki, şəhidimiz olmasın. Heç bir xalq bu pisliyi
unutmaz. Biz də erməni pisliyini heç vaxt yaddan çıxarmayacağıq. Sakitliyimizə,
sülhsevərliyimizə, qan tökməkdən çəkindiyimizə görə düşmən tərəf adımızı
"qoyun” qoyub. Biz də onların tarix boyu pis əməllərinə görə, adlarını
"murdar” qoymuşuq. Bu "murdar”ların heç vaxt axmaq ağıllarına da
gəlməzdi ki, bir gün "qoyun” adlandırdıqları insanlar "canavara”
dönüb onlardan qisas alacaq.
Ali Baş
Komandanın "Müharibə başlandı” kəlməsi insanlarda xoş bir əhval-ruh
yaratdı. İllərlə ürəklərinə düşmənə qarşı nifrət, qəzəb, kin yığılmış
cavanlarımız bir günün içərisində könüllü orduya yazılıb əsgər oldu. Müharibəyə
getmək istəyənlərin qeydiyyat növbəsinin ardı-arası kəsilmədi. Düşmənə nifrət
hər kəsi boğurdu.
Erməni
əsgərlərinin çoxunun dediyinə görə, onlar canını yad torpağa qurban vermək
istəmirdi, onları döyüşməyə məcbur edirdilər. Bəzən ermənilər döyüşmək
istəməyənləri, postu, tankı qoyub qaçanları zəncirə bağladılar. İndi keçək əsas
mövzumuz "soyqırım” məsələsinə. Əlbəttə ki, 30 ildə cavanlarımızın ürəyinə
yığılmış nifrətinin qarşısında heç bir düşmən ordusu tap gətirə bilməzdi.
Belə də
oldu. İşğalçı düşmən bütün qadağan olunmuş silahlardan istifadə etsə də, bizim
Vətənə məhəbbətimiz qalib gəldi. Dəhşətli müharibədə üstünlük haqqın tərəfində
oldu. Torpaqlarımızı müdafiə edərkən düşmən məğlub oldu.
Döyüş
zamanı meydanda çoxlu əsgər həlak oldu. Həm bizim tərəfimizdən, həm də düşmən
tərəfdən. Biz şəhidlərimizi tez döyüş meydanından çıxardıq. Amma 2020 - ci ilin
oktyabr ayının ortasından sonuna qədər 3 dəfə Humanitar atəşkəs elan olunsa da,
insanlıqdan uzaq olan ermənilər atəşkəsi pozdu. Onlar nəinki meyitlərini
götürmədilər, heç sağ qalan əsirlərinə də sahib çıxmadılar.
Əlbəttə
ki, ekoloji baxımdan və sanitariya nöqteyi nəzərdən meyit açıq havada çox qala
bilməz. Bu islam qaydalarına da ziddir.
Ordunun
heç kəsin qarşısında düşmən meyitlərini yığıb saxlamaq kimi öhdəliyi yoxdur. Bu
mümkün də deyil. Bu baxımdan da döyüşlərdən bir neçə gün sonra sahibsiz
meyitlər çala qazılıb basdırılmalıdır.
Tarix
təkrar olur. Əminəm ki, neçə-neçı illər sonra, yenə erməni həmin çalalardan
birini açıb ölülərini sayacaq, ekspedisiya işlərinə başlayacaq. Sonra dünyaya
haray çəkəcək ki, "Bizə qarşı soyqırım olub, bizi qırıb, basdırıblar”.
Yəqin ki,
onda gələcək nəsillərimiz də çaş-baş qalacaq, necə ki, biz ilk dəfə bu xəbəri
eşidəndə quruyub qalmışdıq. Biz müharibədə erməni əsgərlərini
torpaqlarımızdan qovanda müqavimət göstərənləri məhv etmişik. Bu muharibənin
adi qaydasıdır. Humanitar atəşkəs zamanı isə erməni öz meyitlərinə sahib
çıxmayıb. Belə olan halda qarşı tərəf neyləməlidir?... Dünyanın viruslu
vaxtında torpaqları erməninin çürümüş leşləri ilə mikroblamaq olmaz. Bu da
erməninin tarix boyu murdar məqsədlərini həyata keçirmək üçün dünyaya yaydığı,
"soyqırım” yalanlarının açılmış sirridir. Dünyanı indidən xəbərdar edək
ki, gələcəkdə erməninin "soyqırım” uydurmalarına heç kəs inanmasın.
Gülzar İbrahimova