Ermənistan 30 ildir Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin acı nəticələrini yaşayır - Deputat

Bu gün Ermənistan 30 ildir Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin acı nəticələrini yaşayır. Ermənistanda dərin siyasi böhran, xaos yaşanır, cəmiyyətdə ciddi fikir ayrılığı var və hətta vətəndaş müharibəsi ehtimalı da olduqca yüksəkdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Ermənistanın bu vəziyyətə düşəcəyi qaçılmaz idi: "Ermənistanın işğalçılıq siyasəti ölkəni regionda bütün proseslərdən, o cümlədən Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan iri miqyaslı regional və qlobal əhəmiyyətli layihələrdən təcrid vəziyyətinə salmışdı. Bunun nəticəsində Ermənistan iqtisadiyyatı kənardan gələn ianələrdən asılı vəziyyətə düşmüşdü, ölkə hər gün uçuruma yaxınlaşırdı. Bir tərəfdə hər gün inkişaf edən, qüdrətlənən Azərbaycan, bir tərəfdə isə hər gün uçuruma bir az da yaxınlaşan Ermənistan dayanmışdı. Bununla belə, Azərbaycan daim humanistlik nümayiş etdirərək işğalçılıq siyasətindən əl çəkəcəyi halda Ermənistan üçün yaxşı perspektivlər açılacağını bəyan edirdi və eyni zamanda Azərbaycan bəyan edirdi ki, heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq və gec-tez istər sülh, istərsə də hərb yolu ilə öz torpaqlarını işaldan azad edəcək.

Lakin Ermənistan vəziyyəti düzgün qiymətləndirməyi bacarmadı, uçuruma getdiyini görə-görə işğalçılıq siyasətini davam etdirməyə üstünlük verdi.

Küçədən hakimyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyan da öz sələflərinin işğalçılıq siyastətini davam etdirdi, hətta yeni təxibatlara əl atdı, yeni əsassız iddialar səsləndirməyə başladı, yeni mühaibə, yeni ərazilər xülyasına düşdü. Paşinyan Qarabağın incisi olan Şuşamızda yallı getməklə, Dağlıq Qarabağda qondarma "seçkilər” keçirməklə öz aləmində Azərbaycana meydan oxudğunu düşündü, "Qarabağ Ermənistandı və nöqtə” deməklə elə danışıqlar prosesinə də nöqtə qoymuş oldu.

Sentyabrın 27-də erməni təxribatları nəticəsində əks-hücum əməliayytlarına başlayan qüdrətli Azərbaycan ordusu Paşinyana və Ermənstana yerini göstərdi, ermənilərin 30 ildə qurduqları "keçilməz” istehkamları, uydurduqları mifi 44 gündə darmadağın etdi, Ermənistana on illiklər boyu özünə gələ bilməyəcəyi zərbələr vurmaqla kapitulyasiya ilə razılaşmağa məcbur etdi.

İndi Ermənistan daxilində bu biabırçı məğlubiyyətə görə günahkar axtarılır, Paşinyan bunun günahını gah sələflərinin, gah da həbçilərin üstünə atır, hakimiyyətini saxalmaq üçün hər şey edir, ölkədə istefalar, həbslər kütəvi hal alıb. İndi hər şeyin üstün açılır, məlum olur ki, Ermənistan hakimiyyəti müharibəni elə ilk günlərindən uduzacaqlarını bilirdilər, lakin nəyəsə ümid edib müharibəni davam etdirməyə qərar veriblər və nəticədə də bugünki acınacaqlı vəziyyətə düşüblər. Ermənistanda vəziyyət o yerə gəlib ki, xalqa böyük vədlər verərək hakimiyyətə gələn Paşinyan indi xalqı təhqir etməkdən belə çəkinmir, "divarlar arxasında ulayanlar” adlandırır.

Burada təəssüfləndirici amillərdən biri də ondan ibarətdir ki, özlərini demokratik carçısı kimi təqdim etməyə çalışan, Azərbaycanda hər hansı bir xırda məsələ görə dünyaya çar çəkən bəzi beynəlxalq təşkilatlar qəribə susqunluq nümayiş etdirir, sanki Ermənistanda heç nə baş vermir kimi davranırlar. Bu bir daha onların iki standartlardan çıxış etdiklərini, ölkəizə qarşı qərəzli mövqedən yanaşdıqlarını göstərir.

Harda nə baş verməsindən, kimin hası mövqe tutmasından asılı olmayaraq, Azərbaycan özü öz gücünə ədaləti bərpa etdi və torpaqlarımızı düşmən tapdağından azad etdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı daha gözəl gələcək gözləyir, işaldan azad edilmiş ərazilərimizə həyat yenidən qayıdır, məcburi köçkünlərimiz öz doğma torpaqlarına dönəcəklər və o doğma torpaqlarımızda yeni həyat başlayacaq. Eşq olsun Ali Baş Komandanımıza və ordumuza!”.