4 fevral 2020-ci il tarixində "Sərhəçi” Olimpiya İdman Mərkəzinin arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "MOİK" komandaları üz-üzə gəlib.
Rəqibni 3-0 (25:18, 25:21 və 25:20) hesabı ilə məğlub edən FHN-in "Xilasedici” komandası turnir cədvəlində vahid liderə çevrilib. Komandamızın 3 görüşdən sonra 9 xalı var.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları fevral ayının 8-də keçiriləcək. FHN-in "Xilasedici" komandasının növbəti oyunu FHN-in İdman-sağlamlıq mərkəzinin idman arenasında "Sərhədçi” komandası ilə baş tutacaq.