Fransa dövlətinin adına ləkə

Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına vurduqları ağır zərbələr və torpaqlarımızın təcavüzdən azad olunması uğrunda aparılan haqlı mübarizədən zəfərlə çıxması işğalçı ölkənin havadarlarının ciddi narahatlığına səbəb olub. Belə narahatlardan  biri də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, özünü "demokratiyanın carçısı” kimi tanıdan Fransa dövlətidir.  Ermənistan rəsmən təslim olan gündən  Fransanın prezidenti  Emmanuel Makronun yuxusu sanki ərşə çəkilib.  O, saxta faktlalra  bəyanatlar verməklə işğalçını dəstəkləyir, dövlət başçısına yaraşmayan hərəkətlərə yol verməklə nəinki ölkəsinə, hətta beynəlxalq hüquq normalarına da hörmətsizlik edir.
E.Makron Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı başladığı Vətən savaşının dayandırılmasını təkid edirdi. Halbuki, bütün dünyaya bəlli idi ki, müharibəni ilk başlayan Ermənistan olub. Təcavüzkarın yanında olduğunu açıq şəkildə bəyan edən  Makron, əslində, Fransanı ATƏT-in həmsədrliyindən kənarda qoyur, daha doğrusu, təcrid edirdi. O, Fransanın Ermənistanın, erməni xalqının yanında olacağını gizlətmədi. Bununla da cəbhədəki gərginliyin eskalasiyasını ermənilərin ziyanına daha da  gərginləşdirdi. Minsk qrupunun həmsədri olan bir ölkənin liderinin belə bir bəyanat verməsi həm Fransanı, həm də onun başçısını gülünc vəziyyətə saldı.
Bu, dünyanın tanınmış ictimi-siyasi xadimlərini də şoka  saldı. Əvvəlcə, ona görə ki,  bunu deyən Minsk qrupu həmsədri olan ölkələrdən birnin  rəhbəri  idi. O, əsl reallığı, döyüşlərin Azərbaycan ərazisində getdiyini unutmamalı idi. İkincisi, Makron  canişin kimi, imperiya dərəbəyi kimi danışırdı. Əslində, Makron işğalçının yanında olduğunu  açıq şəkildə təsdiqlədi.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin  "Bir də 30 il gözləyə bilmərik!” – ifadəsi xalqın iradəsinin tərkib hissəsi kimi səsləndi. Xalqın iradəsi isə yüksək hüquqi qüvvəyə malik bir konstitusion gücə malikdir. Bu güc özünü 44 gün ərzində göstərdi və Ermənistan ordusu rəsmən təslim oldu. Noyabrın 10- da Azərbaycan və Rusya prezidentləri və Ermənistanın baş nazirnin imzaladıqları birgə bəyanat  Qələbəmizi rəsmən təsdiqlədi.
Bugünlərdə Fransadan daha bir rüsvayçı məlumat yayılıb. Bildirilir ki, Paris meriyası  qondarma "Dağlıq Qarabağ respublikası” nı tanımağa hazırlaşır. Bu da ATƏT-in Minsk qrupunun həmsədr dövlətindən beynəlxalq hüquq normalarına növbəti hörmətszilik. Dünyanın heç bir ölkəsi, hətta işğalçı Ermənistan tərəfindən tanınmayan qondarma "Dağlıq Qarabağ respublikası”  Fransa meriyası tərəfindən hansı əsaslarla tanına bilər? Axı, bu bölgədə indiyədək keşçirilmiş saxta seçkilərin nəticələri də heç bir ölkə və ya beynəlxalq təşkilat tərəfindən tanınmayıb.
Fransa merinin qatı ermənipərəst olduğu və müavinin, həmçinin digər işçilərinin erməni əsilli olması bəllidir. O da bəllidir ki, Fransa meriyası erməni lobbisnin əlində oyuncaqdır. Çünki indiki mer Ann İdalqonun bu vəzifəyə seçilməsində erməni lobbisnin böyük rolu olub. İndi bunun əvəzində Fransa meriyası da beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlik edir. Bu işdə Fransa prezidentinin rolu olması danılmazdır. Çünki Paris Şurasının əksər üzvləri prezident Emmanuel Makronun yaratdığı və rəhbərlik etdiyi "İrəli Fransa” partiyasının üzvləridir.
Artıq Fransa prezidentinin, ümumilikdə hökumətin reytinqinin sürətlə aşağı düşdüyü aydın şəkildə özünü büruzə verir. Ötən bir ay ərzində Makronu dəstəkləyənlərin sayı 7 faiz aşağı düşüb. E.Makrona etibarın itməsinin əsas səbəbi isə əhalinin problemləri ilə, o cümlədən 2 ilə yaxın müddətdə Fransada davam edən sarı jiletlilərin sosial-iqtisadi məsələlərlə bağlı irəli sürdükləri haqlı tələblərin yerinə yetirilməməsi, onlara qarşı güc tətbiq edilməsi ilə insan haqlarının pozulmasına şərait yaradılması və digər problemlərin həllində lazımsız sərt mövqe tutmasıdır. Öz ölkəsinin problemləri ilə məşğul olmaq əvəzinə. "zavallı ermənilərin” qayğısına qalan Makron bu yolla növbəti seçkilərdə erməni seçicilərə "xilas yolu” kimi baxır. Fransa prezidentinin  ermənipərəst mövqe ortaya qoymasının əsas səbəblərindən biri budur. Onun vasitəçilik missiyasının tam ziddinə olan "Hamımız birlikdə müqavimət göstərəcəyik. Əmin olun” sözləri ilə Ermənistana verdiyi vəd, əslində, Fransadakı erməni seçicilərə verilən vəd idi. Ancaq dövlət başçımızn polad  iradəsi, rəşadətli ordumuzun düşmən üzərindəki tarixi qələbəsi həm Ermənistaanın, həm də onun havadarlarının bütün ümidlərini alt-üst etdi.
Artıq Dağlıq Qarabağda hər hansı bir statusdan söhbət gedə bilməz. İşğal altında olan ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bundan sonra ATƏT-in Minsk qrupunun və Fransa kimi ikli oyun oynayan vasitəçilərin köməyinə ehtiyac yoxdur. 44 günlük müharibədən sonra Azərbaycan Ordusnun şanlı Qələbəsi də təsdiqlədi ki, başda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan olmaqla, Azərbaycan öz problemlərini öz gücü ilə həll etməyə qadirdir.

Kamil Seyidov,
Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru