2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin layihələri ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, dövlətin iqtisadi inkişafı və s. kimi layihələr əsas götürülməklə hazırlanıb.
Sabahinfo.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, gələn il həmçinin Azərbaycanda koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi üçün 261 milyon manat vəsait ayrılacaq.
Nazir əlavə edib ki, dövlət başçısının tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiya olunması, öz doğma yurdlarına qayıdacaq vətəndaşların yaşaması üçün şəraitin təşkil edilməsi üçün xüsusi vəsait ayrılıb