Düşmənin raket atəşinə tutduğu Gəncədə dağılan binanın qarşısına qərənfillər düzülüb. Gəncə əhalisi düşmənin raket hücumu nəticəsində dağılan çoxmərtəbəli binanın qarşısına gələrək, həyatını itirən mülki şəxslərin xatirəsinə hörmət əlaməti olaraq qərənfil dəstələri və uşaq oyuncaqları qoyurlar. Dağılan binadakı mənzillərdən biri 3 yaşlı Məryəmgilin evidir. Xoşbəxtlikdən hadisə zamanı onlar evdə olmayıb. Məryəmin atası isə Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən hərbçilərimizdən biridir.