Hesablama Palatası Aparatına yeni rəhbər təyin edilib

Hesablama Palatasında yeni təyinat olub.

Hesablama Palatasından Sabahinfo.az-a verilən məlumata görə, elan edilmiş daxili müsahibədən müvəffəqiyyətlə keçmiş Nəsir Sadıqov Hesablama Palatası Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, N.Sadıqov Hesablama Palatasında əmək fəaliyyətinə 2009-cu ildən başlamış, 2016-cı ildən isə Hüquqi təminat və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.