Hesablama Palatasına yenidən sədr seçilib

Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədrinin təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Sabahinfo.az-ın məlumatına görə, Hesablama Palatası sədrliyi vəzifəsinə əvvəlki sədr Vüqar Gülməmmədovun namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra V.Gülməmmədovun namizədliyi təsdiq edilib. V.Gülməmmədov ona yenidən etimad göstərilməsinə görə deputatlara təşəkkürünü bildirib.