Hikmət Hacıyev: Koronavirusun artım tendensiyası ciddi narahatlıq doğurur

Dünyada koronavirusa yoluxma sürətlə artmaqdadır. Azərbaycanda da artım tendensiyası ciddi narahatlıq doğurur.

Sabahinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, ölüm sayında da artımın olması ciddi narahatlıq doğurur: "Yaralı əsgərlərimizin müalicəsi də səhiyyə sistemi qarşısında ciddi tapşırıqlar qoyur”.