Hulusi Akar: Türkiyə birgə sülhməramlı missiyada yer alacaq

Türkiyə Dağlıq Qarabağla bağlı bəyanatda qeyd olunan şərtlərin icrasına nəzarət məqsədilə birgə sülhməramlı missiyada yer alacaq.

Sabahinfo.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib: "Bizim heç kimin haqqında gözümüz olmasa da, öz haqqımızı heç kimə verməyəcəyik. Türkiyə Qarabağda atəşkəsə monitorinq xidməti ilə bağlı razılaşmanın şərtlərinin icrasına nəzarət məqsədilə birgə sülhməramlı missiyada yer alacaq".