Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Baş nazir Əli Əsədova müraciət edib.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat yayıb.
Onun sözlərinə görə, Səbail rayonu Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun Baş nazirə müraciətinə baxılıb:
"Baş nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə bağlı Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayonu İcra Hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırılıb”.