Təcavüzkar və məfur qonşumuz (əgər onlara qonşu demək mümkünsə) tərəfindən başladılan cəbhə əməliyyatları Azərbaycanın müzəffər Ordusunun qələbəsi ilə bu gün də davam edir. Artıq bir neçə rayon, hərbi əhəmiyyətli yüksəkliklər və bir neçə yaşayış mərkəzləri düşməndən azad edilib. Ölkəmizdə vətənpərvərlik hissi olduqca yüksək səviyyədədir. Böyüyündən kiçiyinə hər kəs Azərbaycan bayrağının Şuşada, Xankəndində dalğalanacağı günün uzaqda olmadığına əmindir. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi Qarabağ Azərbaycandır!
Müharibə təkcə ələ silah alıb ön cəbhədə vuruşmaqla ölçülmür. Arxa cəbhədə ab-hava orduya dəstək indiki məqamda ən incə xüsuslardandır. Bu məqsədlə hər bir azərbaycanlı öz əlindən gələni edir. Artıq geniş vüsət alan bu kampaniyaya icra hakimiyyətləti də qoşulub.
İsmayıllı Rayon icra Hakimiyyətinin başçısı Nahid Bağırovun təşkilatçılığı ilə İsmayıllı rayonunda Orduya Dəstək kampaniyası həyata keçirilib. Kampaniya çərçivəsində əsgərlərimiz üçün ərzaq və digər lazımlı avadanlıqlar qızğın döyüş meydanında olan əsgərlərimizə çatdırılıb.
İcra hakimiyyətindən verilən məlumata görə bu kampaniya davamlı hal alb. Bundan bir neçə gün öncə də belə bir yardım karvanı cəbhəyə çatdırılıb. Yaxın günlərdə yeni bir karvan yola düşəcək.