Keçmiş erməni deputat Qarabağda yaralandı, oğlu məhv edildi

Qarabağda Azərbaycana qarşı döyüşən Ermənistan parlamentinin eks-deputatı, "Çiçəklənən Ermənistan” partiyasının üzvü Rüstəm Qasparyan ağır yaralanıb, oğlu isə məhv edilib.

Azvision.azerməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Çiçəklənən Ermənistan” partiyasının üzvü Araik Aqababyan məlumat yayıb.

R.Qasparyan əməliyyat edilib. O və oğlu döyüşlərin 2-ci günü cəbhəyə könüllü kimi yollanıb.