Kəmaləddin Heydərov: İşğal altındakı torpaqlarımızı azad edecəyik

"Qələbəmizin nəticəsi Azərbaycan üçün çox gözəl olacaq”.Report xəbər verir ki, bunu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, bir-iki ermənipərəst dövlətin bəzi nümayəndələrindən başqa, Azərbaycanın bu işinə hamı haqq qazandırır "Çünki hamı bilir ki, biz haqq tərəfdarıyıq, torpaqlarımız işğal olunub və müharibəni öz ərazilərimizdə aparırıq. Biz işğal altında olan torpaqlarımızın hamısını azad edəcəyik”.