Kənd sakinləri məcburən təsərrüfat suyundan məişətdə istifadə edirlər - VİDEO

Xaçmaz rayonunun Məmmədxanlı kəndinin sakinləri uzun illərdir ki, içməli su sarıdan əziyyət çəkir.

Onlar məcburiyyət qarşısında qalaraq, təsərrüfat üçün nəzərdə tutulan sudan məişətdə də istifadə edirlər.

Məsələ ilə bağlı kənd bələdiyyəsindən bildirilibki, kənddə iki artezian quyusu qazılıb, amma qazılan quyular arzu olunan nəticəni verməyib: "Bununla bağlı rayon icra hakimiyyətinə məlumat verilib, ilin sonuna kimi problemhəll olunacaq”.

Qeyd edək ki, 240 nəfər sakini olan Məmmədxanlı kəndi rayon mərkəzindən 24 km aralıda yerləşir.

Daha ətraflı Baku.TV-nin süjetində: