"Başa çatmaqda olan 2020-ci il bir sıra problemlərlə yadda qalıb. Lakin Azərbaycan xalqı və dövləti dünyada yeganə xalq və dövlət olacaq ki, bu ili Qələbə ili kimi qeyd edəcək. 44 günlük Vətən Müharibəsi Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi. Xalq-iqtidar, xalq-prezident birliyi və sevgisi bu qələbənin qazanılmasına imkan yaradıb. Bu qələbənin əldə olunmasında, təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların, güclü iqtisadiyyatın rolu böyükdür”.
"Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, 2020-ci ilin sonunadək ölkə iqtisadiyyatının 4,9 faiz azalacağı əvvəlcədən proqnozlaşdırılmışdı:
Komitə sədri bildirib ki, 10 il əvvəl büdcədə qeyri-neft sektorunun payı cəmi 26 faiz olub:
"İndi bu rəqəm 46 faizə qədər artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatında baş verən islahatların nəticəsidir”.