Dünyanı cənginə alan koronavirus pandemiyası yeni mərhələyə qədəm qoyub. Artıq dünyada 46 milyon insan bu virusa yoluxub. Vaksin isə hələdə tapılmayıb. Təəssüflər olsun ki, Azərbaycanda karonavirusla həyata keçirilən tədbirlərə baxmayaraq artım tempi çoxalan xətt üzrə davam edir. Operativ Qərərgahın bir sıra isdiqamətlərdə elan ediyi yumuşalmalardan vətəndaşlar sui-istifadə etdi. Sosial məsafə və digər vasitələrdən istifadə ilə bağlı müəyyən boşluqların olması bugünkü statistik gösdəriclərin əmələ gəlməsinə şərait yaradıb. Yenidən Operativ Qərərgahın qəbul etdiyi qərarlarla bir sıra rayon və şəhərlərə giriş-çıxış məhdudiyyəti tətbiq edilir.
Ürək
açan məqam ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikasında koranavirusun
yayılma tendensiyası elədə yüksək səviyyədə deyil. Naxçıvan Muxtar
Respubilkasının Ali Məclisinin sədri cənab Vasif Talıbov bu istiqamətdə qətiyyətli
işlər görür. Buna görədir ki, Naxçıvanda koronavirus problemi yoxdu.
Sonda
onu qeyd edək ki, mənfur ermənilərin cəbhədə həyata keçirdiyi terror hadisələrinə
layiqincə cavab verən Müzəffər Ordumuz düşmənə göz açmağa imkan vermir. Artıq cəbhədən
şad xəbərlər alırıq. Bütün bunların fonda tibb işçilərinin iki cəbhədə mübarizə
aparmasının qarşısı alınması üçün hər
bir vətəndaş koronavirusla mübarizədə öz qətiyyətini ortaya qoymalıdır. Bunun
üçün üç əsas məqama diqqət etməlisiz. Qoruyucu maskalardan istifadə edilməli,
sosial məsafə qorunmalı, ələrin tez-tez dizinfeksya edilməlidir. Çünki , uzun həsrətdən
sonra qələbə sevincini yaşamaq hər birimizin
haqqıdır. İmkan verməyək ki, koronavirus bu haqqı əlimizdən alsın.
Elnarə
Həziyeva