Meksikalı keçmiş Müdafiə naziri ABŞ-da tutuldu

Meksika Müdafiə Nazirliyinin keçmiş rəhbəri Salvador Sienfueqos Sepeda ABŞ-da tutulub.Bu barədə Meksika Xarici İşlər Nazirliyinin rəhbəri Marselo Ebrard "Twitter”-də məlumat verib.Onun sözlərinə görə, eks nazir Los-Anceles hava limanında saxlanılıb."Biz ona haqqı olan konsulluq yardımı göstərəcəyik”, - deyə Ebrard bildirib.Nazir həbs olunma səbəbinin yaxın vaxtlarda aydınlaşdırılacağını da əlavə edib.Meksika və ABŞ mətbuatının yazdığına görə, Enrike Pena Nietonun prezident olduğu dövrdə, 2012-2018-ci illərdə Müdafiə naziri vəzifəsində çalışan 72 yaşlı Sienfueqos ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) tələbi ilə tutulub.DEA məsələ ilə bağlı açıqlama verməyib.Sienfueqos Müdafiə naziri olduğu dövrdə Meksika ordusu tez-tez insan haqlarının pozulmasında ittiham olunub.Onun dövrünün ən yaddaqalan qalmaqalı 2014-cü ildə Tlatlayadaki taxıl anbarında əsgərlərin 22 şübhəlini öldürməsi olub.Aşkar edilib ki, şübhəlilərdən ən azı səkkizi təslim olduqdan sonra öldürülüb.