İşğaldan azad olunmuş Qarabağ regionunda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COMCEC-in 36-cı sessiyasının açılış mərasimində deyib.
Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov xüsusi çıxış edib. İslam dünyasında əməkdaşlığın bariz nümunəsi sayılan COMCEC-in 36-cı sessiyasının işinə uğurlar arzulayan Azərbaycanın iqtisadiyyat naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.