Millət vəkili: “2021-ci il “Qarabağ ili” olacaq”

"2021-ci ilin büdcəsinə Qarabağ büdcəsi kimi baxırıq. Çünki 2021-ci il "Qarabağ ili” olacaq”.

Report xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, yeni ildə əhalinin sosial müdafiəsinə xüsusi diqqət edilməlidir.