"Sosial sifarişlər haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac var.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hələ də qanunvericilik sahəsində bəzi boşluqlar var:
A.Quliyev vurğulayıb ki, bu gün üçün "sosial sifarişlər haqqında” qanun layihəsinin qəbulu çox aktualdır:
"Bu layihə Şura tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunub. Ümid edirəm ki, Milli Məclisin növbəti çağırışı formalaşan zaman bu məsələyə də baxılacaq”.