Millət vəkilindən möhtəşəm videoçarx

 Tarixi anlara şahidlik edirik. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgəri yeni bir tarix yazır. Azərbaycan Qarabağ böyüklükdə yarasını sağaldır, bütövləşir. Nə xoşbəxtik ki, bu günlərin canlı şahidləriyik. Nə xoşbəxtik ki, başı bəlalar çəkmiş Ana Vətənin hər guşəsində, hər nöqtəsində üçrəngli Bayrağımızın məğrurcasına dalğalandığını görmək nəsibimiz olur. Sizə təqdim olunan bu qısa videoçarx bu tarixi anların təsirindən yaranan duyğularımızın ifadəsidir. Onu da xüsusi olaraq qeyd edək ki, bu videoçarxın ideya müəllifi Millət vəkili Ramin Məmmədovdur.