MN: “Su-25 təyyarəsinin vurulması xəbəri yalandır”

Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Bu barədə Sabahinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 15-də Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.