Musa Nağıyevin nəvəsi prezidentə təşəkkür etdi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

CƏNAB İLHAM ƏLİYEVƏ


Möhtərəm Prezident İlham Əliyev!

2020-ci il noyabrın 10-da Azərbaycanın yeni tarixini - Qələbə Bayramını yaşatdığınız üçün Sizə "Milli Dəyərlərimizin Qorunması” təşkilatı adından minnətdarlığımı bildirirəm. Ali Baş komandanımız, başda olmaqla Azərbaycanın Ordusu zəfər qələbəsi çaldı. Ermənistanla apardığınız cəmi-cümlətanı (tarixdə görünməyən müharibə) 44 günlük müharibə,"qaçqın” və "köçkün” kəlmələrinin istifadəsinə son qoydu! Torpaqlarımız uğrunda aparılan müharibənin ilk günündən söylədiyiniz: "Qarabağ bizimdir!” ,"Qarabağ Azərbaycandır!” deyimini 44 günə yerinə yetirdiz. Söz verdiz və sözünüzə əməl etdiz! Ordumuzun Ali Baş Komandanı olaraq, müharibənin ilk günlərindən dedikləriniz: "Cəbhədə vuruşan gənclərimiz qanları bahasına tarix yazırlar”-kəlmələri hər birimizin beyninə həkk oldu.

Xalq bilir ki, bu tarixin ilk memarı İlham Heydər oğlu Əliyev cənablarıdır! Hər zaman olduğu kimi, bu gün də Azərbaycan belə Sərkərdəsilə fəxr edir və edəcək! O, xalqına işıqlı gələcək bəxş etdi. Bunun üçün biz Ona minnətdarıq.

Ali Baş Komandanımız İlham Əliyev cənabları! Siz bir daha evimizin əzizinə, hər bir ailənin üzvünə çevrildiz. Fateh Sərkərdəmiz, 17 ildə prezidentliyinizin dövründə etdiklərinizi az bilib, etmədiklərinizi 44 gündə həyata keçirdiz.

Sizin siyasi möhkəmliyinizin sayəsində,Ermənistan-Azərbaycan "Dağlıq Qarabağ” münaqişəsinə, 30 ilə yaxın müddət davam edən işğala son qoyuldu! Ən əsası muğamlarımızın beşiyini, milli-mənəvi dəyərlərimiz olan Şuşanı əsirlikdən azad etdiz.

2020-ci il dekabrın 1-də işğalda olan bütün torpaqlarımız erməni silahlı qüvvələrindən azad edildi. 44 günlük müharibədə və 20 günlük müharibəsiz, itkisiz, qalan torpaqların geri alınması Sizin qələbəniz olmaqla, bütövlükdə XXI əsrin qələbəsidir.

Ermənistanın uzun illər boyu olan arzusu- Dağlıq Qarabağ statusu məsələsinə bir dəfəlik son qoyduz! Sayənizdə bütün məcburi köçkünlər doğma yurdlarına qayıdacaq. Tarixi siyasi və iqtisadi əhəmiyyətə malik olan Naxçıvanla Azərbaycanın arasında bütün kommunikasiya xətləri

bərpa ediləcək! Bütün bunlar üçün Sizə,Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev cənablarına və rəşadətli ordumuza minnətdarıq. Şəhidlərimizin ruhu şad olsun. Onlar həmişə bizimlədir. Şəhidlər ölməzdir. Vətən bölünməz! "Qarabağ Azərbaycandır!” ifadəsi Qələbəmizin rəmzinə çevrildi, dilimizn əzbəri oldu! Nə yaxşı ki, Allah-Taala mənə də, bunların şahidi olmağı qismət etdi. Hələ 1918-ci ildə erməniərin Bakıya basqını zamanı, milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin xalqına sədaqətinin ən qiymətli abidəsinin rəmzi olan"İsmailiyyə” sarayı varvarlar tərəfindən dağıdılmışdır. Babam bu binanı mərhum oğlu İsmayılın xatirəsinə tikdirib, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə hədiyyə etmişdi. Bina Azərbaycan türklərinin mədəni və ictimai həyatının mərkəzi idi. "İsmailiyyə”nin yandırılmasından mənəvi sarsıntılar keçirən Ağa Musa, oğlu İsmayılı sanki yenidən itirdi və bu onun ölümünə səbəb oldu. Bu gün alimlərə xidmət edən Akademiyanın RH-nin binasının (1920) bərpasını görmədi. Bu müharibənin mənim üçün əhəmiyyəti çox böyükdür. Düşünürəm ki, vandalların bu günkü rəzil hala düşdüklərinə babam Ağa Musa və atam Fərəc Nağıyevlər də sevinərdi.

Zəfərin və Bütövlüyün Mübarək Azərbaycan!

Hörmətlə,Ağa Musa Nağıyevin nəvəsi, Təşkilatın sədri: Dilarə Nağıyeva