Niderlandda yaşayan həmvətənlərimiz işğalçı Ermənistanın Azərbaycana qarşı terroruna etiraz ediblər.Üçrəngli bayrağımıza bürünən azərbaycanlılar erməni terroru ilə bağlı fotolarla ölkənin parlament binasının önünə toplaşıblar.Onlar "Ermənistan Avropanın enerji təhlükəsizliyini təhdid edir” şüarını, düşmənin raket hücumlarına məruz qalaraq həyatlarını itirən dinc sakinlərin fotolarını nümayiş edərək terror qruplaşmasından ibarət olan Ermənistanın əsl xislətini göstəriblər.