Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyi Kollegiyasının geniş iclasında Qarabağdakı Rusiya sülhməramlıları barədə danışıb."RİA Novosti” xəbər verir ki, o, Rusiya sülhməramlılarının Qarabağda təhlükəsizliyin qarantı olduğunu deyib:"Sülhməramlılar humanitar vəziyyətin yaxşılaşması, ərazilərin minalardan təmizlənməsi, sosial infrastrukturun bərpası üçün əllərindən gələni edirlər.Onlar bu torpaqlara dinc həyatın qayıtması üçün həyatlarını riskə atırlar”.