Qarabağ qazisinin QƏLƏBƏ sevinci

Vətən Müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdı. Artıq Azərbaycanın işğal altında olan ərazisi yoxdu. Xalqımız Qələbəni bayram edib. Hər bir Azərbaycanlı əllərdə bayraq gözlərində sevinc  göz yaşı ilə.

Bu xoş  günü qeyd edib. SABAHİNFO.AZ  sayıtı olaraq belə bir xoş günə  hamımız kimi sevinən Qarabağ  Qazisi haqında məlumat vermək isdədiyimiz şəxs böyük ürəyə sahibdi. Birinci Qarabağ Müharibəsi zamanı cəbhəyə könüllü yollanan, qatıldığı hər əməliyyatda düşmənə qan udduran qazimiz Müşfiq İsmayılov. M.İsmayılov  qələbə sevincini tərənüm etmək üçün ilərdi evində saxladığı üç rəngli bayrağını qürürla götürərək Bakı küçələrində bu sevincini xalqla bölüşürdü. Bizdə onun bu sevincinə şərik olduq.


ELNARƏ HƏZİYEVA