QƏLƏBƏ SEVİNCİMİZDƏ ROLU OLAN İKİ QARDAŞ

Azərbaycan xalqı uzun ilərdir həsrətlə gözlədiyyi qələbəni qeyd edir. Artıq biz sınmış, torpaq itirmiş bir xalqın deyil qalib, yenilməz xalqın nümayəndələriyik. Müharibə zamanı igid oğlanlarımız ələ silah alaraq düşmənə qan uddurub. Belə igid, mərd oğullardan ikisini-daha doğrusu iki qardaşı siz oxucuların diqqətinə çatdırırıq. Fərid və Ramazan qardaşları müharibənin ən şiddətli yerində öz öhdələrinə düşən vəzifələri yüksək şücayətlə yerinə yetiriblər. İki qardaş cəbhənin iki fərqli isdiqamətdə mübarizə aparıb. Fərid Vidadi oğlu Haidayətov  Ağsu rayaonun Aqarx kəndindəndir.O Murov yüksəkliyində düşmənə sarsıdıcı zərbələr endirib. Həyatının ordu quruculuğuna sərf edən Fərid Talış və Suqovuşan ərazidə xidmətini davam etdirmiş hal-hazrdada bu yöndə faliyyıt gösdərir. Fəridən  yaşca balaca olan qardaşı Ramazan Şuşanın alınmasında  xüsüsi rol oynayıb. O Şuşanın əldə olunmasında xüsüsilə fərqlənib. Füzulidən Şuşaya kimi uzun  yol qət edən qəhramanımız Şəhidlik zirvəsinə qalxmaqdan son anda qurtulub. Düşmənin atdığı güllə onun öndə olan silahın darağına tuş gəlib. Xoşbəxdlikdən igidimizə heç bir şey olmayıb. Sonrakı mərhələdə düşmən onu arxadan nişan alıb. Atəş açıb. Xoşbəxçilikdən yenə düşmənin açdıqı atəş Ramazandan yan keçib. Hazrda bu xidmətlərin davam etdirən iki qardaş bu günlərdə artıq düşməndən təmizlənmiş Azərbaycan torpaqlardadılar.





Həziyeva Elnarə