Qələbəmizin NAXÇIVANI

QƏLƏBƏ! Bu sözün necə böyük məna, necə böyük anlam kəsb etdiyini Başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla MüzəffərAzərbaycan Ordusu bizə yaşatdı. 30 ildən sonra  bu xoş günü yaşamaq bizə nəsib oldu. Artıq əminliklə deyə bilərik ki, Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən təsbit olunan ərazi bötüvlüyü tam təmin olunub. Bunu nə ATƏT, nə BMT nə digər beynəlxalq təşkilatlar etdi. Halbu ki, bu yöndə 4 qətnamə var idi. Ancaq heç bir qətnamə yerinə yetirilmidi. əksinə bizə dözün, səbrli olun deyilirdi. 

Cənab Prezidentin dediyi kimi bu səbrli olun, dözün ifadələri artıq millətimizin səbr kasasının daşmasına səbəb oldu. 44 gün ərzində həm diplomatik, həm cəbhədə düşmənə layiqli dərs verildi.  Ədalət bərpa olundu. Azərbaycan haqq işində qalib kimi bu əməliyyatlara son qoydu.


Cəbhədə Azərbaycanın hər bölgəsindən olan igid və cəsur oğlanları öz qəhrəmanlıqları, şücaətləri ilə seçilirdilər. Xüsusi bir məqam var idi ki, cənab Preizdent İlham Əliyevin xalqa müraciətində dediyi kimi Naxçıvanlılar bu döyüşlərdə xüsusi olaraq fərqlənirdi. Bəli. Daim Azərbaycanın ərazi bötüvlüyü, torpaqlarımızın işğaldan azad olması naxçıvanlılar üçün qürur mənbəyi olub. Onlar bu işə xüsusi həssaslıqla yanaşıblar. Bu döyüşlərdə də belə oldu. Naxçıvandan olan könüllülər, zabit və əsgərlər düşmənə elə qan uddurub ki, hətta düşmən onların bir neçəsinin başına pul qoyub. Belə igidlərlə hər bir azərbaycanlı qürur duyur.  Onu da nəzərinizə çatdıraq ki, Naxçıvandan olan şəhid ailələrinə və qazilərimizə yüksək diqqət və qayğı göstərilir. Cənab Vasif Talıbovun göstərişi ilə bu ailələrin  bütün problemləri dərhal həll olunur. Qazilərimizə və onların ailələrinə hər cür dəstək göstərilir.

Elnarə Həziyeva