9 aprel 2020-ci il tarixində, Azərbaycan Qeyri-Hökumət Təşkilatları, ehtiyatda olan zabitlər, Əfqanstan və Qarabağ müharibəsi veteranları iclas
keçirdərək, Ermənistan silahlı qüvvələrinin 12,13,14,15
iyul və 27 sentyabr 2020-ci il tarixindən Ermənistan silahlı qüvvələri atəşkəs
rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif iri
çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini
işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlamasına etraz etmək
və Qəhrəman Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə torpaqlarımızı işğaldan azad etmək üçün həyata keçirdiyi hərbi əməliyatlar
dəstəkləndi.
Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının
sədir müavini, Əfqanstan
və Qarabağ müharibəsi veteranları polkovnik
Cəlil Xəlilov çıxış edərək xususi ilə qeyd etdi ki, Ordumuz bütün dünyanın suveren Azərbaycanın
ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən
işğalından azad etmək üçün müqəddəs savaşa başlayıb. Həlledici döyüşlərdə yüksək
döyüş ruhuna malik Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı
düşməndən azad edir. Ölkəmiz üçün tarixi
əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli günlərdə
xalqımız bütün varlığı ilə Ali Baş Komandanın, Ordumuzun yanındadır. Bu gün
bütün xalqımız, o cümlədən də qeyri-hökumət təşkilatları bu müqəddəs savaşın
önündə gedən, vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə
fəxr edir. Bu gün Ali Baş Komandanı CƏNAB Ilham Əliyevin son günlərdəki verdiyi
qərarı və qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun əskər və zabitləri və eləcədə
xalqımız arasında böyük ruh yuksəkliyinə gətirib çıxartmışdır.
"Vətən Uğrunda Hərakat” İctimai Birliyinin sədri Əfqanstan və Qarabağ müharibəsi veteranları ehtiyatda olan zabit Xudadad Xudiyev çıxış edərək bildirdilər ki, Sülh danışıqları hər iki tərəf üçün məqbul olmalıdır. Bunun üçündə Ermənistan ərazisindən 1988–ci ildə zorla qovulmuş azərbaycanlılara beynəlxaq hüququn və Ermənistan siyasi rəhbərliyinin Azərbaycanlıların Ermənistanda öz ata-baba yurdlarında yaşamaları üçün verdiyi imtiyazlar qədərdə Azərbaycan tərəfi ermənilərə həmin imtiyazları Azərbaycan ərazisində verə bilər.
Xudadad Xudiyev çıxışının sonunda, Azərbaycan
xalğı olaraq, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab
İlham Əliyevin Azərbaycanın Dövlət müstəqilliyi və torpaqlarının bütövlüyünün
qorunub saxlamaq uğrundda apardığı daxilii və xarici siyasətini və onun Ermənistan
tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması üçün verdiyi bütün qərarlarını
dəstəkləərək hər zaman Ali Baş Komandanımızla həmyrək olaraq ordumuzun
yanındayıq.
Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun
prezidenti, Əfqanstan və
Qarabağ müharibəsi veteran Sərraf
Orucov ATƏT-in Minsk qrupunun faliyətsizliyindən danşaraq bildirdiki, ATƏT-in Minsk qrupunun bu 30
illik səssizliyi və laqeydliyi, Azərbaycan xalğı arasında təkcə heyrətlə
qarşılannmır, həmçinin ciddi narazılıq və suallar doğurur? Axı necə ola bilər
ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərin tərk
etməsi haqqında qəbul etdiyi məlum 4 qətnamələrini 30 ildir ki, yerinə yetirilməsinə
və Ermənstan dövləti tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş
cinayət hadisələrinə göz yumursunuz? Ancaq,
Azərbaycan dövlətinin 30 ildir işğal olmuş ərazilərini teroristlərdən təmizləməyə
başladıqda Adları qeyd olunmuş beynəlxaq təkilatlar ona qarşı çıxaraq erməni təcavüzkarlarının
məkirli siyasətinə dəstək verərək bununla bağlı həmrəylik nümayiş etdirirdilər.
Məhz ATƏT-in susqunluğu
və ATƏT-in Minsk qrupunun faliyətsizliyi Ermənistan dövləti tərəfindən açıq şəkildə yol verilən
nifrət cinayətinin coğrafiyasının genişlənməsinə və nəticələrinin daha
ağırlaşaraq müharibə həddinə gətirib çıxartmışdır.
"Dünya
Ana və Uşaqları” İctimai
Birliyinin sədri Dünyaxanım
Əliyeva şıxış edərək bildirdi ki, Ermənistanın bu gün törətdiyi növbəti hərbi təcavüz,
işğalçı ölkənin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə
pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum
4 qətnamələrini yerinə yetirmədiyinə görə, Birləşmiş Millətlər Təşkilatı ATƏT,
ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA, Avropa Komissiyası, Avropa
Parlamenti, İslam Əməkdaşlıq Təşkilatları da bilavastə məsuliyyət daşıyır.
"Vətən
Müharibəsi Veteranları” İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev,"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Rövşən Ağamalıyev, "Vətən Müharibəsi Veteranları” İctimai
Birliyinin sədir müavini Məcid Məmmədov, "Azərbaycan Respublikası
Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri Səmyar Abdullayev və başqa müharibə veteranları çıxış edərək bildirdilər ki, biz torpağımızın sahibiyik, onun uğrunda ölməyə
də, öldürməyə də qadirik! Bu müqəddəs savaşda biz mütləq qalib gələcəyik! Allah
qəhrəman Ordumuzu qorusun və daim qalib etsin!
Çıxış edən tədbir iştirakçıları, Ali Baş
Komandanımızın və Ordumuzu qəhraman hərbiçilərininin əldə etiyimiz ilkin qələbə
münasibətilə Ali Baş Komandanı, Ordumuzu qəhraman hərbiçilərini və xalqımızı
sevinclə ürəkdən təbrik etdilər!
Birləşmiş Millətlər Təşkilatı ATƏT, ATƏT PA,
Avropa Şurası, AŞPA, NATO, NATO PA, Avropa Komissiyası, Avropa Parlamenti,
İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanda fəaliyyə
göstərən xarici dövlətlərin diplomatik korpuslarına və beynəlxalq təşkilatlarına Azərbaycan dövlətinə
qarşı tutduqları mövqeylərinə əsasən müraciət hazılanaraq qəbil olundu.
Tədbirin sonunda konüllü
olaraq Orduya yazılmış Əfqanstan
və Qarabağ müharibəsinin xususi təyinnatlı
veteranlarının cəbhəyə yola salınma mərasimi keçilərək onlara xeyir-duva
edildi.