"Demokratik Cəmiyyət və Qadın
Hüquqlarının Müdafiəsi" İctimai Birliyi ”Postpandemiya dövründə
region vətəndaşlarının maarifləndirilməsi, onlara bu mövzuda psixoloji dəstəyin
göstərilməsi” layihəsi çərçivəsində koronavirus (COVID-19) pandemiyası
dövründə mövcud vəziyyətlə əlaqədar gigiyenik qaydalara əməl olunmaqla, məsafəni
qorumaqla 10 nəfərlik tədbir həyata keçirib.
Postpandemiya dövründə region vətəndaşlarının öz
sağlamlıqları, eləcə də cəmiyyətimiz üçün müəyyən gigyenik qaydalara əməl
olunması istiqamətində həyata keçirilən maarifləndirici tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin və digər rəhbər orqanların nümayəndələri iştirak edib.
Layihə rəhbəri Mehriban Abdullayeva ilk öncə layihə
haqqında məlumat verib, daha sonra tədbir iştirakçılarını yeniyetmə və gənclərin,
xalqımızın COVİD-19 virusunun qurbanına çevrilməməsi və bu problemin yaratdığı
psixoloji sarsıntı, daha sonrakı ortaya çıxaracaq fəasadlar haqqında məlumatlandırıb.
Daha sonra tədbir iştirakçıları ilə psixolji söhbətlər
aparılaraq, bildirib ki, karantin, izolyasiya, evdə qal, sosial məsafə saxla,
tibbi maskada gəz, təmaslardan qaç və başqa qadağalar, ekran və efirdən püskürən
kütləvi tələfat xəbərləri, naməlum virusa qarşı heç bir tibbi müdafiə
mexanizminin olmaması, tibb elminin yeni bəla qarşısında aciz qalması istər-istəməz
insanların psixologiyasın mənfi təsirini göstərir. İnsanların çoxu nə etməli
sualının cavabsızlığının, qeyri-müəyyənliyin qorxusunu yaşayır. Psixoloq
daha sonra qeyd edib ki, problemli məsələnin mahiyyəti nə qədər tez dəyərləndirilərsə,
çıxış və həll yolları da bir o qədər asanlaşar. İnsanlarımız gərək məqsədyönlü
fəaliyyət göstərərək yenə də sərt karantin dövründə olduğu kimi, şəxsi gigiyena
qaydalarına əməl etməli, sosial məsafəni qorumalı, maska taxmalı, mövcud
qaydalara ciddi əməl etməlidirlər ki, özlərini və çevrələrini qoruya bilərlər.
Qeyd edək ki, "Demokratik Cəmiyyət və Qadın
Hüquqlarının Müdafiəsi" İctimai Birliyi ”Postpandemiya dövründə region vətəndaşlarının
maarifləndirilməsi, onlara bu mövzuda psixoloji dəstəyin göstərilməsi” layihəsini
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirir. Layihə 5- İsmayıllı,
Quba, Qusar, Xaçmaz, Şirvan regionu əhatə edir.