Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (ASC) işğaldan azad olunan ərazilərimizdə suvarma sistemlərinin bərpasına həsr edilmiş onlayn görüş keçirilib.
Sabahinfo.az-ın məlumatına görə, görüşdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ASC-nin balansında olan meliorasiya və irriqasiya obyektlərinin inventarlaşdırılması, texniki vəziyyətinin qiymətləndirilməsi, onların bəpası və fəaliyyətinin təmin edilməsi üçün təkliflərin hazırlanması məqsədilə əmr imzalanıb və sədr müavini Rafiq Aslanovun rəhbərliyi ilə müvafiq komissiya yaradılıb. Həmçinin əmrə əsasən noyabrın 16-danQubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunub.