Qumbara Tərlan!




Döyüşün qızğın yerində 8 hərbiçimizin olduğu yerə qumbara düşür. Tərlan səngər yoldaşları şəhid olmasın deyə sinəsini önlərinə düşən qumbaraya sipər edir. Qərar vermək üçün cəmi bir neçə millisaniyəsi olan bu igid düşünmədən döyüş yoldaşlarının həyatını xilas etmək üçün qumbaranın üzərinə uzanır. Deyir ki, mən həlak olsam da 7 qardaşım sağ qalar. Partlayış baş verir və Tərlan xeyli müddət huşsuz vəziyyətdə qalır. Əsgərlər onun şəhid olduğunu düşünür. Ümid sonda kəsilir deyirlər. Mümkün olan ilkin təbbi yardım göstərilir və Tərlan özünə gəlir. Özü deyir ki, ayılandan sonra fikirləşdim qarın nahiyəm artıq yoxdur. Xoşbəxtlikdən qəhrəmanımızın üzərindəki zirehli jilet, güllə darağı və rabitə vasitəsi onu ölümdən xilas edir. Gözünü qırpmadan canını vermək irəliyə atılaraq mərdlik salnaməsi yazan igidimizi döyüş yoldaşları indi Qumbara Tərlan çağırırlar.
Bu dastana çevriləcək bir qəhrəmanlıqdır. Bəli, Azərbaycan Ordusu, igidlərimiz dastan yaradara-yarada düşməni torpaqlarımızdan qovub çıxardı. Belə qardaşlarla necə qürur duymayasan?!