Öz döyüşçülərimi təbrik edirəm. Həqiqətən də meydanda özlərini döyüşçü kimi göstərdilər.
Trend-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasını pley-offunda Polşada "Legiya" üzərində qələbədən (3:0) sonra mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu çox vacib qələbə idi. Bir komanda dayanmalı idi. Baxmayaraq ki, 3:0 hesabı ilə qalib gəldik, rəqibə hörmətlə yanaşıram. Yeni baş məşqçiləri var, yeni sistem tətbiq edir. Oyunun gedişində də xeyli dəyişikliklər etdi. Ancaq komandamız demək olar ki, hərtərəfli hazır idi. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirik.