Döyüş! Müharibə və dünyanın ən gözəl neməti olan QƏLƏBƏ!
Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan
Ordusu bizə bu gözəl və dünyada bənzəri olmayan sevinci yaşatdı. Bugün artıq
biz əzilmiş, məğlub bir xalqın deyil, düşmənə göz dağı verən, düşməni yerində
oturdan bir xalqın vətəndaşıyıq. Biz AZƏRBAYCANLIYIQ!
44 günlük şanlı müharibə bir çox məqamlarla yadda qaldı.
Xalq-iqtidar birliyi, Ön və arxa cəbhənin vəhdədi, informasiya siyasəti və
digər məsələlər.. Ancaq ən diqqət çəkən məqam igid və mərd oğullarımızın
müharibədə iştiraka könüllü getməsi, düşmənə qan uddurmasıdır. Haqqında söz
açacağımız igidimiz Sarıvəliyev Pərviz Mirzə oğludur. Pərviz əslən Qazax
rayonundandır. Müharibənin ilk günlərindən könüllü olaraq cəbhənin qaynar
nöqtələrində mübarizə aparıb. Düşmənə sözün əsl mənasında göz verib işıq
verməyən Pərviz döyüş meydanında bir dəfə yaralanmağına baxmayaraq dostlarım cəbhədədir mən getməliyəm deyib yenidən ön cəbhədə fəaliyyətini davam etdirib. Ona verilən döyüş
tapşırığını ləyaqət və şərəflə yerinə yetirən Pərviz bugün hər birimizin
qürurudur. Biz fəxr edirik ki. Pərviz kimi igid oğullarımız var.
Elnarə Həziyeva