Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat- təşviqat kampaniyası çərçivəsində73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Quliyevin seçicilərlə görüşü baş tutub.
Görüş Lənkəran Mədəniyyət Mərkəzində olub. Məlumat üçün bildirək ki, görüşə 700-dən çox seçici qatılıb. Seçicilərlə görüş zamanı Rüfət Quliyev qarşıdakı illər ərzində görülən və görüləcək işlər barəsində məlumat verib.
Seçicilər, həmçinin deputatlığa namizəd Quliyevin onların etimadını doğruldacağına inam ifadə ediblər və 9 fevralda ona səs verəcəklərini diqqətə çatdırıblar.