Səməd Seyidov: “Fransanın Ermənistanı dəstəkləməsi siyasi münasibətlərə ciddi təsir göstərəcək”

Müharibənin ilk günündən Fransa Ermənistanı dəstəkləməklə məşğuldur.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, bütün bunlar Azərbaycan-Fransa münasibətlərinə ciddi təsir göstərəcək:

"Sentyabr 27-dən etibarən Vətən müharibəsi başlayıb, ayın 30-dan etibarən Fransa cəfəng fikirlərlə çıxış edir. Daha sonra da öz fikirlərini geri götürürlər. BMT-nin 1993-cü ildə Azərbaycanın lehinə verdiyi qətnamələrinin ləğv edilməsi üçün ən çox kim canfəşanlıq edir? Yenə də Fransa. Bütün bunları nəzərdən qaçırmaq olmaz”.